"Azəristiliktəchizat": Qiymətlərin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət olunmayıb - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

"Azəristiliktəchizat": Qiymətlərin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət olunmayıb

Cəmiyyət A- A A+
"Hazırda əhali qrupuna verilən istiliyin sayğaclaşdırılması gündəmimizdə deyil".
 
Ednews xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib. 
O bildirib ki, hazırda pilot olaraq qeyri-əhali qrupu üçün məhdud sayda sayğaclaşma prosesə start verilib:
 
"Pilot olaraq ən sərfəli sayğacı müəyyənləşdiririk ki, gələcəkdə əhali qrupuna verilən istiliyin sayğaclaşmasında problem yaşanmasın. Beynəlxalq standartlara uyğun sayğaclar quraşdırılacaq".
 
Qurum rəsmisi qeyd edib ki, qiymətlərin dəyişdirilməsi ilə bağlı isə Tarif Şurasına heç bir müraciət olunmayıb.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...