Xocalıda hərbi maşın qəzaya uğrayıb.
Ednews xəbər verir ki, hadisə rayonun Çanaxçı kəndində, Zəfər Yolunda baş verib.
"Mercedes" markalı minik avtomobil yolun kənarında dayanmış MAZ markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. "Mercedes"in sürücüsünün ərazidə aparılan təmir-tikinti işlərində çalışan şəxslərdən biri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.