BAMF-ın növbəti ofisi Xankəndidə açılsın Ednews.net saytının Baş redaktoru Vüsalə Balayeva yazır

Cəmiyyət 08:00 14.10.2022
Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılmasından 30 il keçir.  1992-ci il iyunun 22-də yaranan və elə həmin il sentyabrın 4-də Azərbaycan Respublikası Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan BAMF artıq 30 ildir ki, vətəndaş cəmiyyətinin formalaşmasında, Azərbaycan həqiqətlərini ən yüksək tribunlardan səsləndirilməsi üçün əlindən gələni əsirgəmir. 
 
30 il bundan əvvəl 1992-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda ilk dünya miqyaslı QHT kimi yaradıldı. Ona qədər dövrdə bu cür iri miqyaslı təşkilat Azərbaycanda yox idi. Qurum həm də BMT-də təmsil olunan ilk və yeganə milli qeyri-hökumət təşkilatı idi.
 
Yarandığı elə ilk gündən qurum çiyinlərində ağır yük daşıyırdı. Sovet imperiyasının çöküşündən sonra regionda ən çətin duruma ücrah edilmiş Azərbaycan dünya erməniliyinin torpaq iddialarının qarşısında da əliyalın buraxılmışdı. Müstəqilliyini yeni bərpa etmiş dövlətin isə kifayət qədər daxili problemləri də vardı. Ölkə vətəndaş müharibəsi nəfəs-nəfəsə dayanmışdı. Belə bir vaxtda vətəndaş cəmiyyətinin qurulmasında, daxili problemlərin stabilləşməsində də konstuktiv münasibət sərgiləmək lazım idi. Həm daxildə, həm də beynəlxalq sferada faktları dəqiq təhlil edərək bunu dünya ictimaiyyətinə doğru çatdırmaq lazım idi. 
 
Fondun prezidenti Umud Mirzəyev eyni ardıcıllıqla və ədalətli şəkildə bu məsələləri beynəlxalq müstəviyə daşımaq missiyasını üzərinə götürmüşdü. O, ilk yarandığı gündən də əsas fəaliyyət istiqamətini bu yolda cizmişdi: Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqla bərabər, eyni zamanda bütün beynəlxalq layihələrdə də Azərbaycan adını təmsil etmək əsas şərt olmalı idi.
 
BAMF çətin vəziyyətdə olan xalqımız üçün hər cür nicat yolları axtarırdı – o ölkənin ən ağır durumlarında beynəlxalq donorların Azərbaycana gətirilməsi ilə məşğul idi. Eyni zamanda fond sovetin şinelindən yeni çıxan bir ölkəni dünyaya inteqrasiya olunmasında, Avropa dəyərlərinin öyrənilməsində və vətəndaş cəmiyyətinin formalaşmasında böyük rol oynamaq və vətəndaşımızın yeni dövr çağırışlarına hazırlanmasında xidmət göstərirdi:
 
Bunun üçün BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ABŞ Dövlət Departamenti, ABŞ Tədqiqat Əməliyyat Mərkəzi, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar, Beynəlxalq Söz Azadlığı Mübadiləsi, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyətini genişləndirirdi.
 
BAMF yarandığı ilk gündən əsasən 5 istiqamətdə fəaliyyətini qurub: Media və vətəndaş cəmiyyətinin inkişafı; qaçqın və məcburi köçkünlərin problemləri; sülh quruculuğu və münaqişələrin həlli; icmaların inkişafı və təhsilin formalaşdırılması. 
 
Fond Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosu Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Azərbaycan Jurnalistlər Konfederasiyasının üzvüdür. 
 
Hazırda Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu qədər geniş spektrə malik ikinci QHT yoxdur. Hətta fəaliyyətində, ortaya qoyduğu layihələrə nəzər salsaq, dünyanın bir çox regional və mərkəzi QHT-ləri ilə çiyin-çiyinə yürüməyi bacaran və müqayisəyə gələn bir təşkilatdır. 
 
Bu gün təşkilatın fəaliyyət sahəsi günü-gündən genişlənir, bu da beynəlxalq müstəvidə söz demək imkanlarını və Azərbaycan haqqında məlumatları geniş auditoriyaya yaymaq imkanı verir. Qeyd etmək lazımdır ki, Azərbaycan adına atılan bu addımların, uğurlu fəaliyyətin memarı fondun prezidenti Umud Mirzəyevdir. 
 
Dostlarının və qurumun yaradılmasına şahidlik edən insanların xatirələrindən oxuyuruq ki, təşkilat yeni yaranan zamanda ilk fəaliyyətini Umud Mirzəyevin şəxsi evindən başlayıb. O, bütün işlərini buradan idarə etməkdən əlavə təşəbbüsü ilə Azərbaycana gələn xarici jurnalistlərə nümayəndələrə evinin qapısını açıb, onları orada qonaqlayıb. Bu gün BAMF-ın var olması həmin bu çətinliklərdən yoğrulan güclü iradənin nəticəsidir.
 
Təşkilat Beynəlxalq Mətbuat İnstitutunun tərəfdaşı kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür.
 
Azərbaycanda mətbuat işinin, ictimaii rəyin formalaşmasında xüsusi rolu olan BAMF media və vətəndaş cəmiyyətinin inkişafı sahəsində indiyədək xeyli uğurlu işlər görmüş, respublikanın aparıcı media qurumlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbirlər, təlimlər həyata keçirib.
 
MEDİA SAHƏSİNƏ YÜRÜTDÜYÜ SİYASƏTİN ANA XƏTTİ
 
BAMF üçün Qarabağ problemi, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti bütün layihə və tədbirlərində qırmızı xətti olub. Qurum münaqişə başlanan zamandan indiyə qədər bu mühüm missiyasını layiqincə həyata keçirib. Umud Mirzəyevin təşəbbüsü ilə xarici jurnalistlər, nümayəndələr, tələbələr dəfələrlə münaqişə zonasına səfər ediblər, onlara ermənilərin azərbaycanlıları öz ata ocaqlarından didərgin etmələri, yaşatdıqları faciələr haqqında həqiqətlər bütün çılpaqlıqları ilə çatdırılıb. Bu isə Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında mühüm rol oynayıb. Dəfələrlə xarici mətbuatda Azərbaycan haqqında çap olunan məlumatlar bunun bariz nümunəsidir. 
 
BAMF və QARABAĞ...
 
BAMF Qarabağ regionu ilə bağlı bir çox layihələrə imza atıb. 
Burada “Əl-Cəzirə” telekanalı ilə BAMF-ın birgə proyekti olan Azərbaycanın bölgələri haqqında çəkilən tanıtım verilişlərinin adını çəkmək yerinə düşər. Fondun fəaliyyəti haqqında danışanda Beynəlxalq Mina Təmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edərək, minadan çirklənən torpaqları düşmən tələsindən təmizlənməsi əməliyyatlarında fəal iştirak etməsinə də nəzər salmaq yetərli olar.
 
BAMF Sülhməramlı aksiyalar, konfliktologiya və insan haqlarının müdafiəsi sahəsində də səmərəli işləri görüb. Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, miqrasiya məsələlərinin öyrənilməsi və icmanın inkişafı sahəsində də Beynəlxalq Avrasiya Mətbuat Fondunun öz imzası var.
 
Fond öz fəaliyyətində Azərbaycanda humanitar yardımdan inkişafa doğru keçildiyi bir dövrdə qaçqınların və məcburi köçkünlərin özlərinin gəlir gətirən sahələrinin yaradılmasına da xüsusi diqqət yetirən BAMF icma problemlərinin həllini, ev-eşiklərindən didərgin düşmüş soydaşlar arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə layihələr həyata keçirilməsini də hər zaman ön plana salıb.
 
Bu gün BAMF-ın Tərtər, Füzuli və Ağstafa rayonlarında regional ofisləri fəaliyyət göstərir. Qurum yeni layihələrə imza atmaqda davam edir. 
 
Fikirlərimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni ofislərinin Xankəndidə, Xocalıda açılmağı arzusu ilə bitirmək istədim. Bu, məncə Böyük Zəfərdə öz payı olan BAMF və onun prezidenti Umud Mirzəyev üçün də ən vacib amallardan biridir. Çünki təməl günlərindən fəaliyyətini vətəndaş cəmiyyətinin formalaşmasına, inteqrasiya məsələlərinə həsr etmiş bir təşkilat bunu haqq edən ən birinci qurumlardandır. 
 
30 yaşımız mübarək, əziz BAMF ailəmiz!
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı