Siqaret çəkən, film izləyən, telefonla danışan avtobus sürücüləri Ekspertlərdən həyacan təbili

Cəmiyyət 16:33 18.10.2022

Son dönəmlərdə ictimai nəqliyyatdan xeyli şikayətlər var. Bu narazılıqlar içində isə ən aktualı sürücülərin qeyri-etik və təhlükəli davranışlarıdır. Bir müddət əvvəl sosial şəbəkələrdə film izləyə-izləyə sükan arxasında əyləşən sürücünün yayılan görüntüləri isə bu halların mütəmadi olaraq təkrarlanmasına eyham vurur. 71 saylı marşrutun sürücüsü bu təhlükəli hərəkətinə görə BNA tərəfindən sərt xəbərdarlıq alıb.

Lakin görünən odur ki, edilən xəbərdarlıqlara baxmayaraq, bu cür hallar (sükan arxasında telefonla danışan, siqaret çəkən və.s) mütəmadi olaraq təkrarlanır.

Ümumiyyətlə ictimai nəqliyyatı idarə edən sürücülər seçim turundan hansı kriteriyalar əsasında keçirlər?

Məsələ ilə bağlı Ednews-a danışan “Xaliq Faiqoğlu” daşıyıcı şirkətinin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev bildirib ki, onlar bu vəzifəyə ancaq peşəkar sürücüləri cəlb edirlər.   

“Müvafiq olaraq 25-55 yaşlı, “D” və ya “DE” sürücülük kateqoriyası olan, 3 ildən artıq iş təcrübəsi olan, əvvəllər ağır cinayətlərə görə məhkum edilməmiş, fiziki və psixoloji cəhətdən sağlam şəxslər avtobus sürücüsü vəzifəsi üzrə vakansiyalarla bağlı şirkətə müraciət edə bilir”.

N.Rzayev həmçinin bildirib ki, şirkətin istismarında olan avtobusların hər birində çoxsaylı müşahidə kameraları var.

“Şirkətimizdə xüsusi olaraq Mərkəzi Müşahidə Sistemi quraşdırılıb. Biz şirkət olaraq, sürücülərimizin bütün hərəkətlərini nəzarətdə saxlayırıq”.

Nəzərə alsaq ki, avtobuslarda bu kimi neqativ hadisələr çox vaxt sərnişinlər tərəfindən videoya çəkilərək ictimailəşdirilir. Bəs, marşrutlarda kamera nəzarəti olduğu halda hansı səbəbdən sürücüyə anında xəbərdarlıq edilmir?  

“Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında bildirib ki, bu cür məsuliyyətsiz sürücülərlə qarşılaşmağımız üzücüdür. 

“Onların başının üzərində kamera nəzarəti olduğu halda qaydalara əməl etmirlər. Kameralara ciddi nəzarət edilmir. Bu ciddi problemdir. Təklif edirəm ki, avtobuslarda quraşdırılan kameralar hər şirkətin öz bazası ilə yanaşı, həm də mərkəzi bazaya inteqrasiya olunsun. Orada da ciddi nəzarət həyata keçirilsin. Əgər vətəndaş bu görüntünü çəkib paylaşmasaydı, heç kəsin bu hadisədən xəbəri olmayacaqdı. Həmin şirkət də bu hadisəni ictimailəşdirməyəcəkdi. Heç bir şirkət öz sürücüsünün videosunun yayılmasını istəməz. Vətəndaşlara təşəkkür etməliyik ki, bu kimi hadisələri üzə çıxarıb ictimailəşdirirlər. Bu görüntülərlə bağlı ciddi tədbir görülməli, bu şirkətlərin qarşısında məsələ qaldırmaq lazımdır”.

Ekspert həmçinin bildirir ki, bütün avtobuslar kameralarla təchiz olunmalıdır. Bu kameralar şirkətlərlə yanaşı vahid mərkəzdən idarə olunmalıdır.

Ayan Rzayeva

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı