Babək prospektindəki avtobus zolağına qanunsuz müdaxilə olunub. Ərzidə qanunsuz ticarət getdiyi üçün ictimai nəqliyyatın hərəkətində çətinliklər yaranır. Üstəlik pik saatlarda tıxac gərginliyini artırır.
Ednews xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrdə paylaşılıb. Fotodan da göründüyü kimi avtobus zolağında qarpız satılır.
Şərhlərdə ərazinin böyük bir hissəsinin ticarət obyektləri tərəfindən zəbt olunduğu və bu səbəbdən rahat hərəkətin mümkünsüzlüyü də qeyd olunub.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev araşdırılıb, müvafiq tədbirlər görüləcəyini qeyd edib.