Bakıda Vətən müharibəsi qazilərinin Zəfər Yürüşü keçirilir - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Bakıda Vətən müharibəsi qazilərinin Zəfər Yürüşü keçirilir

Cəmiyyət A- A A+
Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir. 
 
Ednews xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Vüsal Nəsirli, nazirlik tərəfindən avtomobillərlə təmin edilən 44 Vətən müharibəsi qazisi iştirak edir. 
 
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. 
 
Daha sonra Şəhidlər xiyabanında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların məzarları ziyarət olunub. 
 
Avtoyürüş Hərbi Qənimətlər Parkının qarşısında başa çatacaq. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...