Sabirabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Ednews xəbər verir ki, hadisə rayonun Zəngənə-Cavad kəndini birləşdirən yolda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza nəticəsində Sabirabadda yaşayan Kürdəmir rayon sakinləri, 1968-ci il təvəllüdlü Mayılov Vüqar Bəybala oğlu və 1974-cü il təvəllüdlü Əsədov Natiq Məmmədtağı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report/