Gözə görünməyən ÖLÜM Dəm qazından necə qorunaq?

Cəmiyyət 17:40 15.11.2022
Qış ayları yaxınlaşdıqca  təbii qaza tələbatın artması dəm qazından zəhərlənmə hallarını da gündəmə gətirir. Təəssüflər olsun ki, qaz cihazlarının, tüstü bacalarının, havalandırma sisteminin saz vəziyyətdə olmaması ölüm hallarının sayını artırır. 
Maraqlıdır ki, tüstü bacaların təmizlənməsi prosesinə kim nəzarət edir?
Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Ednews-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti  tüstü bacaların təmizlənməsi kimi proseslərin Azəriqaz İstehsalat Birliyinin səlahiyyatına verməyi planlaşdırır. Bu qaydalar tətbiq olunandan sonra buna əsasən fəaliyyətə başlayacağıq.     
 
“Qaz təsərrüfatı haqqında qanuna dəyişikliklər olunub. SOCAR Azərqaz İstehsalat Birliyinin  görəcəyi işlərin müəyyənləşdirməsi prosesi gedir. Qaydalar müəyyənləşdikdən sonra  tüstü bacalarının təmizlənməsi eyni zamanda texniki müayinələrə qədər SOCAR Azəriqaz İstehsalat Birliyi tərəfindən həyata keçirəcəyik. 
Sadəcə insanlara tövsiyəmiz budur ki yaşayış yerlərində mənzillərində dəyişiklik edərkən diqqətli olsunlar. Bəzən hamam otaqlarına su qızdırıcılar yerləşdirirlər. Nəfəsliklərin istifadəsi mütləqdir. Vanna otaqlarında olan qapıların aşağı hissəsində havanın daxil olması üçün boşluqlar qoyulmalıdır.  Dəm qazının yayılmasının qarşısını almaq üçün bu texniki şərtlərə əməl etmək lazımdır.  
Tüstü bacaların təmizlənməsi prosesi kim tərəfindən həyata keçirilməsi ilə bağlı suala Eldəniz Vəliyev bildirdi ki,  bu proses SOCAR Azəriqaz birliyinin işçi heyəti ilə yanaşı xüsusi lisenziyası olan podratçı  şirkətlər də  fəaliyyət göstərəcək.  
 
“ Bu şirkətlərdən istifadə abonentin öz vəsaiti hesabına olacaq. Azəriqaz  mənzillərdə  texniki müayinəni həyata keçirərək akt tərtib edəcək. Bu akta əsasən də abonent bir ay müddətində bu prosesə başlamalıdır. Standartlara cavab verməyən  bütün texnikaların  yeniləri ilə əvəz olunması prosesini lisenziyası olan podratçı şirkətlərlə həll olunmalıdır. 
Eldəniz Vəliyev həmçinin bildirib ki , SOCAR-Azəriqaz İstehsalat Birliyi texniki müayinənin həyata keçirilməsini ödənişsiz şəkildə həyata keçirəcək. 
“Hər il yanvarın 1-dən SOCAR Azəriqaz İstehsalat Birliyi  bu prosesə başlayır.  Noyabrın 1- ə qədər  texniki müayinə nəticəsində ortaya çıxan problemlər həllini tapır”. 
 “Əvvəllər  bu işlərə ciddi  nəzarət var idi. Bütün yaşayış yerlərinı gəzir nəzarətdə saxlayırdılar.  İndi isə ciddi nəzarət yoxdur. Əhali arasında maarifləndirmə işləri demək olar ki aparılmır.  Əhali ilə  birbaşa ünsiyyətdə olub dəm qazının nə olduğunu başa salmaq lazımdır”.     
 
Bu sözləri Ednews-a açıqlamasında Təhlükəsizlik üzrə ekspert Nüsrət Qasımov bildirib.   
 
"Bildiyiniz kimi, hər bir cihazın istismar müddəti var. Bu dördgözlü sobalarda 20 il, su qızdırıcılarında isə 10 ildir. Bu müddət bitdikdən sonra mütləq bu cihazlar dəyişdirilməlidir. Amma elə su qızdırıcılar var ki, Sovet dövründən indiyə kimi işləyir. Onların dəyişdirilməsi vacibdir.  Dəm qazı yanma məhsullarının qeyri-natamam yanmasından yaranır.Qeyri-natamam yanma nəticəsində karbon 4 oksid əvəzinə karbon 2 oksid (monoksid) əmələ gəlir. Karbon 4 oksid ziyansızdır, amma karbon monoksid zəhərlidir. Yəni yanmada zəhərsiz qaz ayrılmaq əvəzinə, zəhərli qaz yaranır. 1 kubmetr qazın yanması üçün, 9.5 kubmetr hava lazımdır. Bu hava proporsiyası pozulanda dəm qazı əmələ gəlir”. 
 
N.Qasımov tüstü bacalarının da ildə iki dəfə yoxlanılmasının vacibliyini qeyd edib. O, insanları da daha diqqətli və məsuliyyətli olmağa çağırıb.  
 
 “Bir çox ölkədə monoksid adlı cihaz istifadə olunur. Adi marketlərdə satılan bu cihaz dəm qazının mövcudluğunu qeyd edir və səs siqnalı çalır. Bundan başqa, santexnika mağazalarında satılan detektor cihazı var, qiyməti 35 manat civarındadır. Bu cihazı quraşdırdıqda bütün karbohidrogenlərin, etan, metan, propan, benzin, spirt buxarı ekrana dəyəndə cihaz həm siqnal çalır, həm də elektromaqnit dalğaları göndərir. Bu dalğalar sayğacdan əvvəldə yerləşən klapanla qazın yolunu bağlayır və təhlükəsizliyi təmin edir. Təəssüf ki, bizdə belə cihazları quraşdırmağa meyil yoxdur. Tüstü bacaların  təmizlənməsinə gəldikdə isə  bu proses kim tərəfindən həyata keçirilir. Hər abonent  tüstü bacaların necə təmizlənməsini bilmir. Bəs insanlar xüsusi şirkətlərə necə güvənsin?  Abbonent bu kimi şirkətlərə nəyə görə ödəniş etməlidir ?  Bəs MTK-lar nəyə nəzarət edir? Tüstü bacalar az qala 40 ildir ki dəyişdirilmir. Neçə dəfə demişəm ki istismar müddəti  bitən qaz sobaları var. Onların istifadə müddəti 30 ildir.  Bu sahədə yeni istehsal yoxdur. Nə əhalini maarifləndirən var, nə də nəzarət edən var.  
 
Ekspert həmçinin əhaliyə  istiliyin  verilməsində gecikmələrlər bağlı narazılığını bildirib.   
 
“Əhaliyə istiliyin verilməsi gecikir. Bu hər il eyni vaxtda noyabrrın 15-də deyil, əraziyə, hava şəraitinə uyğun formalaşdırılmalıdır. Çünki bəzi ərazilər var ki, orada 2 ay əvvəldən qar yağır. İnsanlar da məcbur olur isinmək üçün təhlükəli qaz sobalarından istifadə edirlər”. 
 
Ayan Rzayeva
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı