24 noyabr saat 10:00-dan 26 noyabr saat 22:00-dək Bakı şəhəri, Binəqədi rayonu, “Baksol” yolunun təmir işləri icra olunan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Ednews xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.