Avropa Parlamenti Ukrayna və Gürcüstanda verilən Rusiya pasportlarını tanımayacaq - Saziş təsdiqləndi - ednews.net

2 Dekabr, Cümə

(+994 50) 229-39-11

Avropa Parlamenti Ukrayna və Gürcüstanda verilən Rusiya pasportlarını tanımayacaq - Saziş təsdiqləndi

Cəmiyyət A- A A+
Avropa Parlamentinin deputatları Ukrayna və Gürcüstanın işğal olunmuş bölgələrindəki vətəndaşlara Rusiya tərəfindən verilmiş pasportların və digər səyahət sənədlərinin tanınmaması qərarını dəstəkləyiblər.
 
Ednews  xəbər verir ki, parlament Rusiya tərəfindən Ukraynanın işğal olunmuş regionlarında və Gürcüstanın separatçı ərazilərində viza verilməsi və ya xarici sərhədləri keçmək məqsədilə Rusiya tərəfindən verilmiş səyahət sənədlərinin tanınmaması haqqında sazişi təsdiqləyib.
 
Qanunvericilik mətninin lehinə 531, əleyhinə 7 parlamentari səs verib. 34 parlamentari isə bitərəf olub.
 
Qətnaməyə əsasən, Komissiya Aİ ölkələri ilə məsləhətləşməli və Rusiya səyahət sənədlərinin, xüsusən də qəbul edilməyəcək pasportların siyahısını tərtib etməlidir.
 
Bununla yanaşı, Ukraynadakı münaqişə nəticəsində qaçqınlar humanitar səbəblərlə Aİ-yə daxil ola biləcəklər.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...