Baş prokurordan saxlanılan şəxslərə işgəncə verilməsi iddialarına - REAKSİYA - ednews.net

2 Dekabr, Cümə

(+994 50) 229-39-11

Baş prokurordan saxlanılan şəxslərə işgəncə verilməsi iddialarına - REAKSİYA

Cəmiyyət A- A A+
Baş prokuror Kamran Əliyev ölkədə saxlanılan şəxslərə işgəncə verilməsi ilə bağlı iddialara münasibət bildirib.
 
Ednews  xəbər verir ki, K.Əliyev bu barədə Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında danışıb.
 
Baş prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslər, əsasən, məhkəmə istintaqı zamanı işgəncə faktları ilə bağlı ifadələr verirlər:
 
"Adətən narkotik işlərində saxlanılan şəxslər saxlanıldıqları və ya istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir. Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq məqsədilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...