28 nəfərə elmi dərəcə verilməyib - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

28 nəfərə elmi dərəcə verilməyib

Cəmiyyət A- A A+
Bu ilin noyabr ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.
 
Prezident yanında Ali Attestasiya Komissiyasından Ednews-a bildirilib ki, cari ayda 28 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
 
Noyabr ayında 43 nəfərə fəlsəfə doktoru, 6 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 25 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 3 nəfərə isə imtina cavabı gəlib.
 
Həmçinin noyabr ayı ərzində 22 nəfərə dosent, 2 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə isə imtina verilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...