Çingiz Abdullayevi bu postda SOCAR rəhbərliyi əvəzləyəcək - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Çingiz Abdullayevi bu postda SOCAR rəhbərliyi əvəzləyəcək

Cəmiyyət A- A A+
"Neftçi"nin Müşahidə Şurasının (MŞ) tərkibində dəyişikliklər olub. 
 
Ednews xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb. 
 
Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib. 
 
Həmçinin, elm və təhsil naziri Emin Əmrullayev, Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər. Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar. 
 
Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...