İmişlidə məktəbdəki yanğınla bağlı DİN məlumat yaydı - YENILƏNİB - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

İmişlidə məktəbdəki yanğınla bağlı DİN məlumat yaydı - YENILƏNİB

Cəmiyyət A- A A+

Daxili İşlər Nazirliyi İmişlidə məktəb binasındakı yanğınla bağlı məlumat yayıb. 

Bu barədə Ednews-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Məlumata görə, bu gün saat 16 radələrində İmişli rayonunun Qaralar kəndi ərazisində yerləşən tam orta məktəbdə yanğın baş verməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal polis əməkdaşları həmin əraziyə cəlb olunublar. 

Hazırda polis əməkdaşları tərəfindən hadisə yerinin mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilir. 

Həmçinin, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür. 

***

17:29

İmişlidə məktəb binasında yanğın başlayıb.

Ednews xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonunun Qaralar kəndində məktəb binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Xəbər yenilənəcək…



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...