Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu, Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəsmi saytında prorektorlar siyahısından çıxarılıb.
Ednews xəbər verir ki, Universitetin saytında prorektorlar bölməsində beynəlxalq əlaqələr üzrə prorektor bölməsi hazırda boşdur.
Xatırladaq ki, Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru Seymur Talıbovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar bir müddət öncə sosial şəbəkələrdə və mediada yayılmışdı.