Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər siyahısına “Nə? Harada? Nə zaman?” oyununda ekspert olan Rövşən Əsgərovun adı salınıb.
Ednews xəbər verir ki, bu barədə Rusiyanın “mk.ru” saytı məlumat yayıb.
Qeyd edək ki, bu il mayın sonunda Moskvanın Basmannı məhkəməsi onu sosial şəbəkədə marşal Georgi Jukov haqqında mesaj dərc etdikdən sonra başlayan nasizmin reabilitasiyası ilə bağlı iş çərçivəsində qiyabi həbs edib. Rusiya Federasiyası Daxili İşlər Nazirliyi həmyerlimizi axtarışa verib, lakin o bundan bir qədər öncə Rusiyanı tərk edib.