Sovet ittifaqı dağılıb Azərbaycan müstəqilliyini qazandığı zaman saysız - hesabsız problemlərlə üzləşdi. Elə bir çətin dövrdə ölkəmizin yaşadığı həqiqətləri dünyaya çatdırmaq üçün ziyalılarımızın sözünə, işinə, əməlinə böyük ehtiyac vardı. Bu zaman Umud Mirzəyev qələmiylə və əməliylə əlini daşın altına qoydu.
1992 - ci ildə müxtəlif ölkələrdən olan bir qrup xarici jurnalistlərlə Beynəlxalq Avrasiya Mətbuat FONDU - nu ( BAMF) yaratdı. Tezliklə fond Azərbaycanda və digər münaqişə zonalarında baş verən hadisələri dünyaya çatdırmağı bacardı, ən yüksək tribunalardan Azərbaycanın düşdüyü vəziyyəti dilə gətirdi.
Bu il fondun yaradılmasının və fəaliyyətə başlamasının 30 illik yubileyi keçirildi. Dövlət rəsimlərinin, beynəlxalq təşkilatların, diplomatik korpusların, vətəndaş cəmiyyəti qurumlarının və jurnalstlərin iştirak etdiyi tədbirdə çıxış edən BAMF ın prezidenti Umud Mirzəyev ötən illər ərzində gördükləri işlərdən danışdı. Yəqin ki, BAMF-nun 30 illik tədbiri yerli və xarici qonaqların xatirəsindən uzun müddət silinməyəcək.
Əbülfət Baxşəli