Qız uşaqlarına sosial müavinətin verilməsi gender bərabərsizliyinə gətirib çıxarar Zahid Orucun fikirlərinə REAKSİYA

Cəmiyyət 19:00 21.12.2022

 Millət vəkili  Zahid Oruc doğulan qız uşaqlarına görə sosial müavinətin verilməsini təklif edib. O, öz fikirlərini statistikaya görə, oğlan uşaqlarının sayının çoxalması, demoqrafik natarazlığın qarşısının alınması ilə əlaqələndirib. Həmçinin bu qız uşaqlarının abort olunmasının qarşısını müəyyən dərəcədə ala bilər.

Maraqlıdır, bu cür yanaşma gələcəkdə qız uşaqlarının oğlanlardan sayca daha çox olmasına gətirib çıxarsa gendər bərabərsizliyinə yol aça bilər?

Məsələnin aktuallığını nəzərə alıb, mövzunu ictimaiyyət xadimləri ilə müzakirə etdik. İlk müraciət etdiyimiz deputat Fazil Mustafa oldu. O, öz fikirlərini Ednews-a şərh edib. 

“Fikrimcə, bu maraqlı təklifdir. Burada əsasən subyektiv abortlar məsələsinə nəzər salmaq lazımdır. Abortların sayının artmasına görə də sərt cəza tədbirləri tətbiq etmək lazımdır. Əsas çıxış yollarından biri budur.  Təklif əslində nə qədər faydalı olsa da, eyni zamanda problemlər də yarada bilər”.  

Onun sözlərinə görə vəziyyət faciəvi hal alsa, bu üsuldan da istifadə etmək mümkündür.

“İndiki vəziyyətdə bunun qarşısını  almaq üçün tədbirlər görmək lazımdır. Qız övladlarını istəməyən valideynlər  ilə həm maarifçilik tədbirləri aparılmalı,  həm də onlara  hüquqi məhdudiyyətlər qoyulmalıdır. Nəzərə almaq lazımdır ki, qızların  sayı çoxalması da düzgün deyil. Gender bərabərliyini qorumaq lazımdır”.

Sosioloq Lalə Mehralı Ednews-a açıqlamasında bildirib ki, bu çox yaxşı təklifdir, amma bu  valideynlər arasında  fikir ayrılığı yarada bilər.  

“Təklif edərdim ki, sosial müavinətlərin verilməsi təkcə qız uşaqları üçün nəzərdə tutulmasın. Bu təklifin işləmə mexanizmini fərqli formada etsələr daha yaxşı olar”. 

Sosioloqun fikrincə müavinətin yalnız qızlara verilməsi gələcəkdə gender bərabərsizliyinə gətirib çıxara bilər. Onun sözlərinə görə problemin həlli üçün yeganə çıxış yolu selebral abortların qadağan olunmasıdır.

“Abortların sayının aşağı olması üçün təkcə bu yolla mübarizə aparılmamalıdır. Bizim qanunvericilikdə bu abort məsələləri ilə bağlı cəzalar olduqca zəifdir.  Bu cəzalar ciddi şəkildə sərtləşdirilməlidir.  Əvvəllər həkimlər uşağın  cinsiyyətinin deyilməsi prosesini çox ləngidirdilər. Hətta altıncı aya qədər  valideynə cinsiyyət haqqında məlumat vermirdilər. Bu çox gözəl bir addım idi. Həmin mərhələdə artıq abort etmək mümkün olmurdu. Bu gün həkimlər artıq 11-ci həftədə dölün cinsiyyəti bəlli olan kimi  valideynə məlumat verirlər. Bu məsələdə cəza mexanizminin tərəfdarıyam. Həkimlər də burada cəzalandırılmalıdırlar”.

O, həmçinin qeyd edib ki, belə bir qanunun qüvvəyə minməsi bəzi mənfəət güdən ailələrin vəziyyətdən istifadə edə bilməsinə də gətirib çıxardacaq.

“Düşünürəm ki, bu haldan bir çox insanlar sui istifadə edə bilər. Çünki ancaq qızlar üçün socsal müavinət təyin olunsa, bir çox valideynlər uşağa qazanc mənbəyi kimi baxacaq. Bu da uşağı normal həyat tərzindən məhrum edə bilər”.

 

Ayan Rzayeva

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı