800-dək müəllim azad edilmiş ərazilərdə işləmək arzusunu qeyd edib.
Ednews xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hazırda növbəti tədris ilinin əvvəlində Şuşada və Ağdamda olan 960 nəfərlik məktəblər təhvil veriləcək: “Suqovuşanda məktəbin tikintisi artıq bitib. Eyni zamanda, digər ərazilərdə - Zəngilan, Kəlbəcər, Füzuli şəhərlərində peşə-liseyin layihələndirilməsinə başlanılıb”.