Ekspert: Prezidentin Qərbi azərbaycanlılarla bağlı fikirləri xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı

Cəmiyyət 14:28 26.12.2022

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı.

Ednews xəbər verir ki, bunu azərtac-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, görüşdə milli maraqlarımız kontekstində görülən və görülməsi vacib olan işlərə toxunan dövlətimizin başçısı Qərbi Azərbaycana qayıdışla bağlı mühüm fikirlər səsləndirib: “İrəvan və digər tarixi torpaqlarımıza qayıdışla bağlı göstərdiyi əzm də hər bir azərbaycanlı tərəfindən təqdirlə qarşılanmaqdadır. Prezidentin məlum çıxışı göstərdi ki, Azərbaycan öz haqqını sona qədər bərpa etməkdə qərarlıdır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın cari ilin sentyabr ayında Ermənistanla sərhəddə həyata keçirdiyi hərbi əməliyyatlar da bunu təsdiq etdi. Bu fakt bir daha göstərdi ki, Azərbaycan təhlükəsizlik və ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getmək niyyətində deyil.

Prezidentin də qeyd etdiyi kimi, biz bu ilin sentyabr ayında həyata keçirdiyimiz hərbi əməliyyatlar sayəsində öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin edəcək mövqelərə yiyələndik. Bu mövqelər bizə imkan verir ki, nəinki öz təhlükəsizliyimizi təmin edək, həm də qarşı tərəfin mövqelərini, onun hər bir hərəkətini diqqətdə saxlayaq. Bu baxımdan ordumuzun sadəcə Vətən müharibəsindəki deyil, ondan sonrakı əməliyyatları da olduqca əhəmiyyətlidir”.

Professor qeyd edib ki, dövlət başçısının çıxışı dünyadakı mövcud reallıqlar və bu reallıqlara hazır olmaq baxımından da əhəmiyyətlidir: “Prezident İlham Əliyev məlum çıxışında onu da bildirdi ki, işğal dönəmində onda dünyada ədalətin olmadığı ilə bağlı fikir formalaşmışdı. Lakin Azərbaycan dövləti, xalqı, Ordusu dünyadan gözlədiyi bu ədaləti özü yaratdı. Şəhidlərimizin, qazilərimizin, xalqımızın və dövlətimizin fədakarlığı sayəsində Azərbaycan erməni faşizmini məğlub edərək ərazi bütövlüyünü təmin etdi. Bununla bütün dünyaya göstərdi ki, o, öz haqlı mübarizəsindən imtina etmək fikrində deyil və öz haqqını nəyin bahasına olursa-olsun qoruyacaq”.

Polkovnik Azərbaycanın bundan sonra da hər cür təhdid və təzyiqə hazır olduğunu vurğulayıb: “Vətən müharibəsindən sonra Ermənistanda revanşist qüvvələrin aktivliyi müşahidə olunmaqdadır. Dövlət başçısı da qeyd etdi ki, Ermənistanda həm iqtidar, həm də müxalifət arasında bu cür qüvvələr mövcuddur. Lakin Ermənistan və onun xaricdəki havadarları bilməlidirlər ki, Azərbaycanla təzyiq dili ilə danışmaq mümkünsüzdür və bu danışıq ritorikası heç vaxt səmərə verməyəcək. Azərbaycan Ordusu hərb meydanında öz sözünü deyib və bundan sonra da deməyə hazırdır. Erməni faşizminin hər cür təzahürü bundan sonra da qətiyyətlə məhv ediləcək.

Azərbaycanın güclü ordusu, güclü sərkərdəsi var. Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin yanındadır və öz vətənini qorumaq üçün hər cür fədakarlığa hazırdır”. 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı