Pensiya ilə bağlı sığorta stajının müddəti 3 il uzadıldı - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Pensiya ilə bağlı sığorta stajının müddəti 3 il uzadıldı

Cəmiyyət A- A A+

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il uzadılıb. 

Ednews xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalaması ilə mümkün olub. 

Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanırdı. 

Dəyişikliyə əsasən, sığorta stajının müddəti 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb.

Pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq. 

Bu dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. 

Dəyişiklik 2023-cü ilin yanvarın 1-də qüvvəyə minəcək. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...