Türkiyənin cənub-şərqində içərisində sərnişin olan mikroavtobus qəzaya uğrayıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Yeni Akit” qəzeti yayıb.
Hadisə Kilis şəhərinin Polateli rayonunda baş verib. Qeyd olunur ki, mikroavtobus hərəkətdə olarkən itlər yola çıxıb. Toqquşmamaq üçün sürücü manevr edib və idarəetməni itirib. Nəticədə mikroavtobus çaya aşıb
Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıb.