Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamlarına əsasən ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir.
Ednews xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, həmçinin tələbə və doktorantların təqaüdləri də artırılıb.
"Bu artım 150 min tələbə və doktorantı əhatə edib. Ümumilikdə, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub".