“Diqqət! Mən Bakıyam! Məni yandırırlar!” … Yanvar qırğınlarını dünyaya çatdıran ilk qəhrəmanlar

Cəmiyyət 16:30 16.01.2023
Qanlı Yanvar faciəsindən 33 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, keçmiş Sovet qoşunları Bakıya yeridildi, dinc əhaliyə divan tutuldu. Qırğınlar Bakı ilə yanaşı, Neftçala və Lənkəranda da davam etdi. Faciə nəticəsində 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi.
 
20 yanvar faciəsini ilk dəfə beynəlxalq aləmə çatdıran Azərbaycan dənizçiləri olub. Onlar “Diqqət! Mən Bakıyam! Məni yandırırlar! Diqqət! Bakı yanır!” SOS siqnalını xarici gəmilərə ötürməyə başlayırlar. 120 mülki gəmi və 7 gəmi kapitanı (Mövlud Əliyev, Müzəffər Əliyev, Murad Əliyev, Kərəm Məmmədov, Kişi Mütəllimov, Ağalar İbrahimov, İbrahim Salayev ) donanmanın " Kapitanlar Şurası "-nın qərərgahı olan  “Sabit Orucov” gəmisində birləşərək yanvarın 20-si səhər saatlarından 21-i gecəyə qədər həyəcan siqnalını təkrar etməklə rus və ingilis dillərində dünyanın onlarla ölkəsinə çatdırırlar.  Siqnal gəmilərarası rabitə vasitəsilə gəmidən-gəmiyə ötürülür, nəticədə Sakit və Atlantik okeanında üzən gəmilər hadisədən xəbər tuturlar və bu barədə öz ölkələrinə məlumat verirlər. 
 
Sovet ordusu Bakıda qətlə yetirdikləri mülki şəxslərin meyitlərini Bayıl tərəfdən “Vosxod” hərbi gəmisi ilə dənizə atmaq və izi itirmək istəyirdilər. Azərbaycan dənizçiləri bunun qarşısını almağa müvəffəq olur.  Mülki Azərbaycan gəmiləri Sovet hərbi gəmiləri ilə döyüşə girərək şəhidlərin cənazələrinin Xəzərə atılmasına mane olur. SSRİ müdafiə naziri marşal Yazov bu hadisəyə görə " Kapitanlar Şurası " ilə danışıqlar aparır, dənizçiləri 15 il həbs və güllələnmə ilə hədələyir. Lakin onlar öz mübarizələrindən dönmür və qırğınların qarşısını almaq üçün əllərindən gələni edirlər. 
 
Yanvarın 21-dən başlayaraq Sovet hərbi gəmiləri Azərbaycan mülki gəmilərini atəşə tutur. Dənizdən və qurudan hücum edilir, bir çox gəmi yandırılır və şəxsi heyəti həbs edilir.  Hadisədən sonra 40-a yaxın kapitan Rusiyanın Orenburq və Ulyanovsk şəhərlərinə sürgün edilir. 
 
Fədakar dənizçilərimizin səyi və mübarizəsi nəticəsində dünya 20 Yanvar faciəsindən xəbər tutur və qırğınların davam etməsinin qarşısı alınır. Bu, dünya gəmiçilik tarixində misligörünməmiş hadisə idi və qəhrəman dənizçilərimizin həmrəyliyini nümayiş etdirirdi.
 
Törə Zeynallı
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı