“İraq mediası Azərbaycan həqiqətlərinin ərəb dünyasına çatdırılmasında səylərini əsirgəmir” İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

Cəmiyyət 19:30 20.01.2023

Bu gün 20 Yanvar faciəsindən 33 il ötür. 1990-cı ilin bu günü Sovet əsgərləri azadlıq və demokratiya uğrunda mübarizə aparan Azərbaycan xalqının əzmini qırmaq üçün paytaxt Bakı da daxil olmaqla, bir neçə şəhərə qoşun yeridib, etiraz edən silahsız əhaliyə qarşı qırğınlar törədiblər. 

Faciənin beynəlxalq səviyyədə tanınması və qiymətləndirilməsi üçün Azərbaycan dövləti və ictimaiyyəti mühüm addımlar atır. Hər il dünyanın bir çox ölkəsində faciə qurbanlarının xatirəsi yad edilir,  20 Yanvar həqiqətləri ictimaiyyətə çatdırılır.

İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Bağdad Strateji Araşdırmalar Mərkəzinin direktoru professor Mutəz Muhi Əbdül Həmid Ednews-a açıqlamasında bildirib ki,  20 Yanvar faciəsi insanlıq tarixində törədilmiş ən böyük qətliamlardan biridir:

“Faciə qurbanlarının xatirəsini ehtiramla anırıq. Bu hadisə həm də Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni simvolizə edir. Biz 20 Yanvar həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıyıq. İraq, ümumiyyətlə, ərəb mətbuatı, xəbər saytları bu tarixi günlə bağlı yazılar dərc edir, məqalələr yayımlayırlar. Ümumiyyətlə, son illərdə ərəb mediası Azərbaycan tarixində baş vermiş önəmli hadisələr haqqında yazmağa xüsusi səy göstərir. Düşünürəm ki, bunun səbəbi Azərbaycanla ərəb-islam dünyası arasında artan ikitərəfli əlaqələrdir".

O əlavə edib ki, İraq mediası 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərindəki qələbəsini və ermənilərin  tarixi torpaqlarımızı 30 il müddətində işğal altında saxlaması faktını da ərəb dünyasına çatdırmaq üçün səylərini əsirgəmir:

“20 yanvar qırğınları ilə yanaşı, 1992-ci il fevralın 26-da ermənilərin dinc əhaliyə qarşı törətdiyi Xocalı qətliamı haqqında da ərəb dünyası məlumatlıdır. Tarixi Qarabağ torpaqlarının erməni işğalından azad edilməsi uğrunda gedən 44 günlük müharibədə Azərbaycanın qazandığı qələbə münasibətilə mühüm məqalələr dərc olunmuşdu. İraq ictimaiyyəti və ziyalılar, jurnalistlər bu qələbəni hər kəsə duyurmaq üçün əllərindən gələni edirdilər".

2023-cü ilin "Heydər Əliyev" ili elan olunmasına da toxunan iraqlı professor bu əlamətdar tarixin il boyu müxtəlif tədbirlərlə qeyd olunacağını vurğuladı:

"Azərbaycan xalqının ümumillii lideri Heydər Əliyevin anadan olmasından 100 il ötür. Növbəti aylarda bu ölməz şəxsiyyətin 100 illiyini qeyd edəcəyik, bununla bağlı simpoziumlar, görüşlərimiz olacaq. İraq-Azərbaycan Dostluq Cəmiyyəti olaraq biz də bu münasibətlə və digər önəmli hadisələrlə bağlı yazılar dərc etməklə ərəb ictimaiyyətini və İslam dünyasını məlumatlandıracağıq".

O, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin İslam dünyasında oynadığı mühüm rola da diqqət çəkib:

 "Ötən il Qarabağın incisi Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı seçildi. Bu münasibətlə nəşr etdiyimiz və bu qədim şəhərin tarixindən bəhs edən kitabımız İraqda və Azərbaycanda böyük marağa səbəb oldu. Şuşa öz mədəniyyəti, milli və dini irsi baxımından çox zəngin bir yerdir. Buna görə də təkcə Azərbaycan deyil, bütün İslam dünyası üçün önəmli rol oynayır".

Mutəz Muhi Əbdül Həmid onu da qeyd edib ki, İraq-Azərbaycan Dostluq Cəmiyyəti iki ölkə arasındakı mədəni əlaqələrin inkişafı üçün səy göstərir və bu məqsədlə fəaliyyətini uğurla davam etdirəcək. 

 

Törə Zeynallı

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı