“İrəli” İB tərəfindən Qanlı Yanvar faciəsinin ildönümü çərçivəsində silsilə tədbirlər keçirilib

Cəmiyyət 21:28 20.01.2023
“İrəli” İctimai Birliyi tərəfindən Qanlı Yanvar faciəsinin 33-cü ildönümü çərçivəsində silsilə tədbirlər keçirilib.
 
Birliyin Mətbuat xidmətindən Ednews-a bildirilib ki, “İrəli” İctimai Birliyinin nümayəndələri və üzvləri Şəhidlər xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər.
 
Tədbirlər planına uyğun olaraq Azərbaycan Milli İncəsənət Muzeyində “Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı çıxışçılar – “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru Nurəddin Mehdixanlı və Əməkdar jurnalist, 20 yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər 33 il öncə xalqımızın keçdiyi mübarizə yolundan söz açaraq, həmin dövrün dövlət müstəqilliyinə gedən yolun başlanğıcı olduğunu qeyd ediblər. Natiqlər Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdığını da diqqətə çatdırdılar. Eyni zamanda ümummilli məsələlərdə gənclərin aktivliyinin olduqca mühüm amil olduğunu qeyd edən çıxışçılar gəncləri bu kimi proseslərdə yaxından iştirak etməyə çağırıblar. 
 
Qeyd olunub ki, bu qanlı hadisələrindən cəmi 30 il sonra – 2020-ci ildə Vətən müharibəsində  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı qələbə 20 Yanvar faciəsinin açdığı yaraya da məlhəm oldu. Ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 20 Yanvar xalqımız üçün təkcə hüzn günü kimi deyil, həm də milli qürur, milli iradəmizin zəfər çaldığı gün kimi tarixə düşdü. Bununla yanaşı, gənclərin bu hadisələri heç zaman unutmamalı və xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürməli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib.
 
Silsilə tədbirlərin davamında təşkilat tərəfindən 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sosial media kampaniyası keçirilib. Yüzlərlə gəncin iştirakı ilə keçirilən aksiyada iştirakçılar Qanlı Yanvar hadisələri ilə bağlı faktlar və statistik məlumatları xarici dillərdə sosial media istifadəçiləri ilə bölüşüblər. Həmçinin “İrəli” İctimai Birliyi tərəfindən 33 il öncə Qanlı Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərmiş dünyanın aparıcı media qurumlarına müraciətlər ünvanlanıb.
Bildirilib ki, həyata keçirilən tədbirlər planının əsas məqsədi Azərbaycan xalqının mübarizə dolu, tarixi səhifəsinin gənclərə aşılanması, 20 Yanvar faciəsi haqqında gənc nəslin məlumatlılığının artırılması, habelə törədilmiş cinayətlərin beynəlxalq miqyasda sosial şəbəkə istifadəçilərinə çatdırılmasıdır.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı