"Koronavirus nəticəsində ölüm hallarının sayı yenidən artır" - ÜST - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Koronavirus nəticəsində ölüm hallarının sayı yenidən artır" - ÜST

Cəmiyyət A- A A+
Ötən il dekabrın əvvəlindən bəri COVID-19-a yoluxmaların rəsmi təsdiqlənmiş sayı artır.
 
Ednews xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib. Baş direktorun sözlərinə görə, son səkkiz həftə ərzində bu xəstəlik nəticəsində 170 mindən çox insan həyatdan köçüb.
 
ÜST başçısı bildirib ki, bu həftə, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan olunduqdan təqribən üç il sonra təşkilatın ekspertləri yenidən toplaşacaq, hazırkı vəziyyətin hələ də qlobal fövqəladə hal olub-olmamasını müzakirə edəcəklər.
 
“Mən Fövqəladə Hallar Komitəsinin tövsiyələrini qabaqlamayacağam. Mən ölüm hallarının sayının artmasından əvvəlki kimi çox narahatam. Üç il bundan əvvəlki, pandemiyanın başlandığı vaxt ilə müqayisədə bizim yaxşı vəziyyətdə olmağımıza baxmayaraq, səhiyyə sistemi yenidən gərginlik keçirir”, - deyə Qebreyesus vurğulayıb.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...