Bakıda yaşayış evində YANĞIN - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Bakıda yaşayış evində YANĞIN

Cəmiyyət A- A A+
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində (Kənd Əhmədli), Balaxan Süleymanov küçəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olub. 
 
Bu barədə Ednews-a  Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 
 
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. 
 
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin mətbəxində yanğın baş verməsi müəyyən edilib. 
 
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...