Elnur Hidayətoğlu vəzifəsindən niyə AYRILDI? Səbəbini özü AÇIQLADI

Cəmiyyət 10:56 01.02.2023

Xəbər verildiyimiz kimi, Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Elnur Hidayətoğlu öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

Ednews xəbər verir ki, Elnur Hidayətoğlu öz sosial hesabında işdən ayrılmasına atdınlıq gətirib. O, deyib ki, dünən Kliniki Tibbi Mərkəzdə (KTM) son iş günü olub:

“Dünən Kliniki Tibbi Mərkəzdə (KTM) son iş günüm idi. Burada işlədiyim müddətdə nələr baş verdi, yeniliklər nə oldu, hansı PR işləri görüldü və s. bu haqda heç nə yazmayacam. Yalnız qürurla yazacağım bir məqam var. İllərlə haqqında az qala hər gün “qara xəbərlər” tirajlanan bir yerin imicinin dəyişməsi üçün sadəcə əlimdən gələni yox, bütün gücümü, ürəyimi qoydum. Bəzən gecə yarısına kimi iş başında oldum, bəzən də evdə olanda belə gecə saat 3-4-də telefon zənglərinə cavab verdim, o saatlarda yuxudan durub, yenidən işə gəldiyim vaxtlar oldu...

Bura sadəcə xəstəxana kimi yanaşmadım, işimi böyük bir qurumun, sanki hansısa nazirliyin ictimaiyyətlə əlaqələri kimi qurdum. Kiçik imkanlarla tez-tez nəsə bir yeniliklər etməyə çalışdım və bəzən elə oldu ki, hər ay, hər həftə, bəzən də bir neçə gün ardı-arda ölkə gündəmində olduq. Artıq adı gələndə çoxunun qanı qaralan “Semaşko” haqqında mediada, sosial şəbəkələrdə müsbət istiqamətli – sevindirici, qürurverici, maraqlı, insanlara toxunan, üzünü güldürən xəbərlər gündəm olmağa başladı...

Ən sevindirici bilirsiniz nədir? İçi özüm qarışıq, bir zamanlar çoxumuz bura yaxınlarımızın “düşməyini” istəmirdik. Amma ölkəmizdə icbari tibbi sığortanın tədbiqi, Mərkəzin TƏBİB-in tabeliyinə verilməsindən sonra baş verən dəyişiklik və bu dəyişikliklər haqqında cəmiyyətimizin məlumatlandırılması inandırım sizi ki, bura ilə bağlı fikirləri kifayət qədər dəyişdi. Artıq insanlarımız ən ağır xəstələrinin belə burada sağalacağına inanır. Ən azından “Xahiş edirəm, elə edin ki, atam, anam, qardaşım, bacım və s. orda müalicə olunsun” kimi müraciətlərin həddən çox artması belə deməyə əsas verir. Yeri gəlmişkən, görməyincə mən də inanmırdım ki, burada olduqca savadlı, bu qədər peşəkar və güclü həkimlər var. Bütün bunları gördükcə, onları tanıdıqca anladım ki, KTM haqqında, burada işləyən həkimlər, tibb personalı barədə yalnış xəbərlərin getməməsi üçün ən radikal jurnalistlə də dost olmaq lazımdır.

Jurnalistlər demişkən, mən də jurnalistikadan çıxdığım üçün çox yaxşı bilirəm, normal jurnalistika ilə məşğul olanlar nə istəyir? Onlar sadəcə pis və ya yaxşı, fərq etməz, doğru xəbər, xəbərin təsdiq və təkzib olunmasını, bir sözlə düzənli əlaqə və ya normal münasibət istəyir. Bu baxımdan, çox rahatam. İnanmıram, hansısa media nümayəndəsi, hətta şəxsən tanımadığım jurnalist də məndən narazı qalsın! Tanımadıqlarıma da tanışım kimi rəftar etdim, gücüm çatacaq qədər hər kəsin yanında oldum!

Hər birinizə sevdiyiniz işlə məşğul olmağı arzulayıram!”

Xatırladaq ki, o, bu vəzifəyə 2021-ci ilin noyabrında təyin olunmuşdu.

Oğuz Ayvaz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı