Sabirabad Rayon İcra Hakimiyyəti Türkiyəyə yardım göndərib.
Ednews APA-ya istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin əməkdaşları Türkiyədə zəlzələ zamanı zərər çəkənlərə yardım məqsədilə iki yük avtomobili ərzaq və qeyri-ərzaq məhsullarını Heydər Əliyev adına Əl Oyunları Sarayına təhvil verib. Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Mirzəyev bu barədə APA-ya məlumat verib.