Jurnalistlərin iş stajı əmək müqaviləsi ilə çalışdıqları dövr hesab olunur DSMF

Cəmiyyət 19:32 13.02.2023

Ötən ilin oktyabr ayından media subyektləri, jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən ASAN Login vasitəsilə daxil olaraq, müraciət edirlər. Ancaq media reyestrinə müraciət zamanı bir çox jurnalist iş stajının tam olaraq hesablanmaması problemi ilə qarşılaşıblar.

Əgər elektron sistemdə staj 3 ildən az görünürsə, iş ilinə baxmaq üçün əmək kitabçasının notarial təsdiqi istənilir. Daha artıq staj görünəndə kitabçanın notarial təsdiqi tələb olunmur. Ancaq əgər elektron sistemdə əvvəlki illərin iş stajı görünmürsə, bu zaman da əmək kitabçasının notarial təsdiqi tələb olunur.

Bütün bu məsələlərlə bağlı jurnalistlərin sosial şəbəkələrdə də müraciətləri yayımlanır. Eyni zamanda, gələcəkdə pensiya yaşı çatan zaman da müəyyən problemlərin ortaya çıxacağı narahatlığını yaradır.

Ednews xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, jurnalistlərin iş stajı, digər sahələrdə çalışan vətəndaşlarımız kimi, əmək müqaviləsi ilə çalışdıqları dövr hesab olunur: “Bu staj haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü ildən işə salınan “Əmək və Məşğulluq” altsistemində əksini tapır. 2014-cü ildən öncəki iş stajı haqqında məlumatlar isə hər bir media işçisində mövcud olan əmək kitabçasında əksini tapır.

Media reyestri ilə bağlı tələblərdə məhz bu amil əsas götürülür. Nazirlik olaraq Medianın İnkişafı Agentliyi ilə fəal əməkdaşlıq edilir, müvafiq elektron informasiya sistemlərinin Agentliyin informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası təmin olunub.

Qaldı ki, jurnalistlərin gələcəkdə pensiya hüququ məsələsinə, bu hüquq sığorta stajına uyğun olaraq təmin edilir. Belə ki, 2006-cı ildən ölkəmizdə tətbiq edilən fərdi uçot sistemində sosial sığorta ödəmələrinin həyata keçirildiyi dövrlər (sığorta stajı) və toplanmış pensiya kapitalı əksini tapır. Pensiya kapitalı təkcə əmək müqaviləsi ilə deyil, VÖEN və ya mülki müqavilə ilə çalışan hər kəslə bağlı ödənilən sığorta haqları hesabına formalaşır”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli APA-ya açıqlamasında qeyd edib ki, artıq uzun müddətdir pensiya sistemi avtomatlaşdırılıb: “Ödəniş edilibsə, deməli, qeydiyyat var. 2006-cı ildən ölkədə rəsmi qaydada çalışanların fərdi uçot kodu və fərdi pensiya sistemi var. Dövlət Sosial Müdafiə Fondu üçün ödənilmiş vəsaitlər həmin kod üzrə qeydə alınır. Burada işçini qeydiyyata salmadan ödəniş edilməsi qeyri-mümkündür. Ola bilsin ki, işçi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi xidmət müqaviləsi bağlanılıb. Amma bu halda da ödəmələr gedir və onların uçotu kənarda qalmır. Yox, əgər staj qeydə alınıb və sistemdə görünmürsə, bu texniki məsələdir. Bunun üçün jurnalistlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına müraciət etməklə, stajlarını yenidən hesablatdıra bilərlər. Lakin bu da inandırıcı deyil. Çünki dediyim kimi 2006-cı ildən rəsmi qaydada çalışanların qeydiyyatı avtomatik qaydada hesablanır və hər birinin fərdi identifikasiya kodu mövcuddur ki, ödənişlər bura köçürülür”.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı