Elm və Təhsil naziri Emin Əmrullayev Malatyada zəlzələ nəticəsində həlak olan tələbələrin ailəsinə başsağlığı verdi.
Ednews xəbər verir ki, nazir bu barədə öz tvitter səhifəsində yazıb.
“Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin həlak olmasından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.
Allah rəhmət etsin!”
Qeyd edək ki, Malatyada dağıntılar altında qalan azərbaycanlı tələbələrin meyitləri iki gün əvvəl çıxarılıb.
Zinyət Dövlətqızı