Son zamanlar Azərbaycan-Ermənistan arasında hərəkətlilik müşahidə edilir. Beləki, Fransanın təklifi ilə Ermənistan-Azərbaycan şərti sərhəddi boyu Avropa Birliyinin jandarma gücləri yerləşdiriləcək. Burada məqsəd sərhəd boyu hər hansı hərbi əməliyyatların olmasının qarşısının alınması göstərilir.
Daha sonra qondarma “nazir” Ruben Vardanyan Qarabağdan çıxarılır və Moskvaya gedir. Məqsəd nədir? Qarabağ məsələsi ətrafında nələr baş verir?
Politoloq Natiq Miri Ednews-a bu sualları cavablandırıb.
“Qarabağda baş verənləri bilavasitə Rusiyanın geosiyasi maraqları ilə əlaqələndirmək lazımdır. Regionda bilirsiniz ki, ard-arda aktiv hadisələr baş verir. Bir tərəfdə Qərb dünyası Avropa Birliyi vasitəsilə regiona soxulmağa cəhd edir. Bilirsiniz ki, bu kontkestdə Fransanın təəşəbbüsü ilə Avropa Birliyinin yüz nəfərlik missiyası Ermənistanda yerləşdiriləcək və fevralın 20-dən demək olar ki, silahsız adı altında Avropa ölkələrinin patrul xidmətləri Ermənistan tərəfdən sərhədboyu müşahidə missiyasını həyata keçirəcəklər. Bu təkcə Ermənistan-Azərbaycan sərhədi ilə məhdudlaşacaq məsələ deyil. Rusiya burada öz maraqlarını təhlükəyə atan bəzi hərəkətlər də hiss edir. Bu gün də öz ciddi narahatlığını ortaya qoyub. Rusiya narahatdır ki, Avropa Birliyi rəsmi Moskva öz əhatə dairəsi saydığı ərazilərdə xüsuilə də strateji müttəfiqi olan Ermənistan ərazisində rus qoşunlarına nəzarət mexanizmi həyata keçirəcək. Buna cavab olaraq Rusiya Ermənistanda bəzi mövqelərini itirmək üzərə ikən ən azından Cənubi Qafqazda varlığını möhkəmlətmək üçün Qarabağda hərəkətə keçib.
Vardanyanın Moskvaya çağrılması da Qarabağda qondarma siyasi hakimiyyətin tamamilə Rusiyanın əlinə keçirməsinə xidmət edir. Azərbaycan mediasında səhv fikirlər formalaşmışdı. Bəzi siyasətçilər fikir səsləndirirdi ki, guya Vardanyan Azərbaycanın tələbi ilə Qarabağdan çıxarılıb. Ancaq bu belə olmadı. Rusiya öz geosiyasi maraqlarından imtina etmək fikrində deyil. Bilirik ki, 2025-ci ilə qədər rəsmi Moskva öz qoşunlarını Qarabağda saxlayacaq. Bu vaxtdan sonra isə onlar öz qoşunlarını Qarabağdan çıxarmaq fikrində deyil. Qondarma rejimin regionda tez-tez hərbi təxribatlar törətməklə rus qoşunlarının regionda uzun müddət qalmasına hədəfləyib. Düşünürəm ki, bu addım Azərbaycan-Rusiya əməkdaşlığına qarşı atılan bir addımdır. Rəsmi Moskvadan soruşmaq lazımdır ki, necə olur Rusiya Vardanyandan imtina edir, başqa tərəfdən rus sülhməramlıları onu Azərbaycan dövlətinə məlumat vermədən çıxardır sonra isə geri qaytarır. Belə hadisələr Azərbaycan dövlətinin razılığı ilə baş verməlidir. Düşünürəm ki, Rusiya ilə Azərbaycan prezidentləri arasında sonuncu telefon danışığının da əsası bu cavabsız suallar əsasında olub. Rusiya bir tərəfdən iki ölkə arasında sülh üçün yeni görüşlər həyata keçirmək istəyini dilə gətirir, digər tərəfdən Azərbaycanın ərazi bütövlüyünü heçə sayır”.
Əbülfət Baxşəli