Rusiyalı hərbi ekspert Pavel Felgenhauer Ukrayna –Rusiya müharibəsi haqqında bəzi proqnozlar verib.
Ednews xəbər verir ki, o, bu barədə Al-Jazeera nəşrinə verdiyi müsahibəsində danışıb. Müsahibə zamanı ekspert bir çox maraqlı məqamlara da toxunub.
Rusiyanın xarici və müdafiə siyasəti, hərbi doktrinası, silah ticarəti və hərbi-sənaye kompleksi haqqında geniş məqalələr dərc etdirən P. Felgenhauer hesab edir ki, müharibə daha da genişlənəcək. Lakin onun bu il başa çatma ehtimalı da var. Onun sözlərinə görə, 12 aylıq qanlı döyüşlərdən sonra “döyüşlərin intensivliyi o qədər yüksəkdir ki, onu uzun müddət saxlamaq mümkün deyil”.
Söhbət əsnasında mütəxəssis müharibənin başlama səbəbləri barədə də mülahizələrini paylaşıb.
“Moskvaya birbaşa zərbə endirmək üçün Ukraynada mövcud olan Qərb raketlərinin aradan qaldırmaq, həmçininin ukraynalıların və rus xalqının eyni millət olduğu fikrini müdafiə edən şəxslərin çoxluğu və mövcud iki ölkənin oxşar iki tarix paylaşması bunlara başlıca səbəblərdən idi.
Həmçinin Putin qəti bir şəkildə deyirdi ki, Rusiya ilə bir növ siyasi inteqrasiya olduğu halda, yarı müstəqil Ukraynaya dözmək olar, amma Ukraynanın Avropa Birliyinə, NATO-ya üzv olması tamamilə qəbuledilməzdir”.
Bu fikirlərə əlavə olaraq Dr.Felgenhauer bildirib ki, Rusiya ordusu təkcə Qərbin deyil, öz rəhbərliyinin də inandığı qədər güclü deyil və müasir müharibəyə hazır deyil.
“Ukraynalılar təşkilati və komanda heyəti baxımından daha yaxşı hazırlaşırdılar və eyni zamanda Ukraynanın daha keyfiyyətli silahlara sahib olması müharibənin uzanmasına şərait yaratdı.
Rusiya ordusu 100 ildən artıqdır ki, dünya müharibəsi meyillərindən təcrid olunub. Onlar hələ də tanklar aləmində yaşayırlar, inanırlar ki, kifayət qədər kütlə qazansan, qələbə sənin qucağına düşər. Onlar münaqişəyə intellektual, əqli və fiziki cəhətdən hazır deyildik.
Təbii ki, hətta Rusiya ordusunda belə insanlar bunun pis fikir olduğunu, Ukraynanın çoxlu müqavimətinin olacağını, Ukraynanın çoxlu əsgərlərinin olduğunu və Qərbin dəstəyinin olacağını söyləyirdilər, ancaq ən yüksək siyasi qərarları verənlər, görünür, xəyallar aləmində yaşayırdılar”.
Ekspert eyni zamanda mövcud vəziyyətlə bağlı bildirib ki, münaqişənin kəskinləşməsi prosesi qaçınılmazdır.
“Doğrudur, biz hər şeyi tam proqnozlaşdıra bilmərik, amma mən hesab edirəm ki, hazırda eskalasiya qaçılmazdır. Hamı Rusiyanın hücumundan və preziden Putinin son çıxışından danışır. Natonun Brüsseldəki hərbi komandirləri də ukraynalıların hücuma necə keçməsi barədə danışırlar. Hətta maraqlısı budur ki, bir il əvvəl Kiyevin bir neçə günə necə yıxıla biləcəyindən danışan general Mark Milley [ABŞ Qərargah Rəisləri Komitəsinin sədri] indi deyir ki, Rusiya strateji və taktiki baxımdan məğlub olub və müharibəni bitirmək üçün Ukrayna əks hücüma çıxmalı və bir növ onun üzərinə getməlidir”.
Son olaraq, jurnalistin “bu münaqişənin tezliklə sona çatacağına inanırsınızmı?” sualına ekspert belə cavab verib:
İnanıram ki, müharibə bu il başa çatacaq. Onlar martda danışıqlara, sonra İstanbulda görüşməyə cəhd etdilər, bu da bir növ razılaşmaya doğru irəlilədiklərini bildirirdi. Həmçinin Ukrayna 2022-ci ilin fevralında razılığa az-çox hazır idi. Təbii ki, Rusiya hazırda vəziyyəti nəzarət xəttində olduğu kimi az-çox dondurmaq istəyir. Ukrayna isə bunu istəmədiyini deyir. Lakin tərəflərdən biri məğlub olacaq və bu, çox güman ki, döyüş meydanında olacaq.
Əgər bir tərəf döyüş meydanında açıq şəkildə qalib gəlməyə başlasa, bu həlledici olacaq. Hərbi qələbə qarşı tərəfi real böhrana, hətta bəlkə də rejim dəyişikliyinə gətirə bilər”.
Əkbər Şəbəndəyev