Ötən ilin iyununda korrupsiya ittihamı ilə həbs olunan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun ev dustaqlığına buraxılması xəbəri həqiqəti əks etdirmir.
Ednews oxu.az-a istinadən xəbər verir ki, E.Xəlilov hazırda həbsdədir.
Qeyd edək ki, gömrük general-mayoru E.Xəlilovun ev dustaqlığına buraxılması ilə bağlı məlumatlar yayılıb.
Xatırladaq ki, E.Xəlilov külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəi sürülüb.