Bu gün səhər saat 08:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən 41-ci km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-ya Sabirabad rayon Mərkəzi xəstəxanasından bildirilib ki, qəza nəticəsində öncə beş nəfər, Abşeron sakini Salayev Sübhan Etibar oğlu, Saatlı sakini Məmmədova Cəvahir Əliş qızı, Füzuli sakinləri, Zeynallı Elçin Xanlar oğlu, Hüseynova Cəmilə Məhərrəm qızı, Bakı sakini Əliyev Bərxudar Saleh oğlu gətirilib və Bərxudar Əliyev reanimasiya şöbəsinə yerləşdirilib.
Füzuli sakini Məmmədov Tərlan Məmməd oğlu isə sonradan özü xəstəxanaya müraciət edərək qəzada xəsarət aldığını bildirib. Hazırda yaralıların müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.