Bu il təxminən 35 minə yaxın müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub.
Ednews xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə detib.
Onun sözlərinə görə ümumilikdə 11 min 133 nəfər sertifikasiyaya cəlb olunub:
“Proses bütün regionları əhatə edir. İbtidai sinif, azərbaycan dili və ədəbiyyat müəllimlərinin bir hissəsi sertifikatlaşdırmaya cəlb olunacaq. Sertifikatlaşdırmaya cəlb olunacaq müəllimlərin də əməkhaqqısı göstərdikləri nətticələrinə görə artacaq. Sertifikasiya imtahanında əlavə 30 dəqiqə vaxt verilməsi planlaşdırılır”, - deyə nazir əlavə edib.