Xəbər verdiyimiz kimi, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib.
Ednews xəbər verir ki, ilahiyyatçı bu gün səhər saat 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmasından dünyasını dəyişib.
İlahiyyatçı bu gün dəfn ediləcək.
Qeyd edək ki, 49 yaşlı Hacı Şahin, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.