"Avtobus sürücülərinin sağlamlıq və psixoloji vəziyyətinə nəzarət artırılsın" - TƏKLİF - ednews.net

26 Mart,

(+994 50) 229-39-11

"Avtobus sürücülərinin sağlamlıq və psixoloji vəziyyətinə nəzarət artırılsın" - TƏKLİF

Cəmiyyət A- A A+
Azərbaycanda avtobus sürücülərinin sağlamlıq və psixoloji vəziyyətinə nəzarətin artırılması təklif olunur.
Ednews xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. 
 
Sənəddə sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi, gecikmələrin və sıxlığın qarşısının alınması məqsədilə xidmət keyfiyyətinin artırılması, istismarda olan avtobusların texniki sazlığına, sanitar-gigiyenik normalara nəzarətin gücləndirilməsi, avtobusların sayının və aralıq müddətinin (intervalın) müvafiq marşrut xətləri üzrə sərnişinlərin sıxlığına uyğunlaşdırılması, daşıyıcı şirkətlərin fəaliyyətinə, o cümlədən sürücülərin sağlamlıq və psixoloji vəziyyətinə nəzarətin artırılması təklifi əksini tapıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...