“Ödəniş edən qurum, həm də araşdıran tərəf olmalıdır?!” İcbari tibbi sığorta ilə bağlı MÜBAHİSƏLİ MƏQAM

Cəmiyyət 16:30 06.03.2023
Sığorta hadisəsi zamanı vətəndaşlar tibbi yardım almaq üçün xidmətlər zərfi çərçivəsində nəzərdə tutulan tibbi xidmətlərdən ödənişsiz istifadə hüququna malikdirlər. "Tibbi sığorta haqqında” Qanunun qəbul edilməsinə baxmayaraq, bəzi məqamlar vətəndaşlar arasında çaşqınlıq yaradır. Xüsusilə də, özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə xidmət göstərilməsi vətəndaşları maraqlandıran məqamlardandır. 
 
Mövzu ilə bağlı Ednews-a danışan tibbi sığorta üzrə ekspert İlkin İbrahimov qeyd edib ki, icbari tibbi sığorta ilə bağlı xidmətlər zərfində göstərilən xidmətlərin növü və qiyməti həm TƏBİB-in tabeliyindəki müəssisələr, həm də özəl klinikalar üçün standartdır:
 
“Sığorta əsasında xidmət göstərən özəl klinikalar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlayır. Əksər özəl klinikalar bu məsələ ilə bağlı gözləmə mövqeyindədir. Hazırda, Agentliklə müqavilə bağlayan 115 özəl tibb müəssisəsi var. Özəl klinikalarda icbari tibbi sığorta yalnız xidmətlərə şamil edilir. Xəstə ambulator təcili və təxirəsalınmaz tibbi xidmətlərlə bağlı dərman vasitələri ilə təmin edilsə də, digər dərman preparatları qarşılanmır, həkim yalnız resept yaza bilər. Həmçinin, icbari tibbi sığortanın keçərli olduğu özəl xəstəxanalarda KT, MRT kimi cihazlarla müayinə də xidmətlər zərfində göstərildiyi qaydada, sayda və ödəniş müqabilində aparılır”. 
 
Ekspert bildirib ki, icbari tibbi sığorta üzrə xidmət göstərən özəl klinikalara müraciət zamanı göstəriş mütləqdir:  
 
“Əgər TƏBİB-in tabeliyindəki xəstəxanalarda lazımi xidmətlər göstərilmirsə və ya bu xidmətlərin göstərilməsi üçün lazımi şərait yoxdursa, xəstənin daha yaxın olduğu ərazi üzrə özəl klinikaya təxliyəsi üçün məlumat verilir. Burada mütləq həkim göstərişi olmalıdır. Xəstənin və ya yaxınlarının öz istəkləri ilə özəl klinikaya təxliyə mümkün deyil. Bəzi dövlət xəstəxanalarında mövcud olan şərait vətəndaşları qane etmir, xəstələrin müalicəsi lazımi qaydada aparılmır.  Xəstəxana rəhbərliyi isə xəstənin icbari tibbi sığorta ilə özəl klinikaya nəqli üçün göstəriş vermir. Burada mübahisəli məqamlar ortaya çıxır. Bu məqamları araşdıracaq yuxarı instansiya elə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin özüdür. Agentliyin vəzifəsi hər xidmətə görə yalnız ödəniş etməkdir, o, tibbi xidmət göstərən orqan deyil. Sadə dillə desək, xidmət üzrə ödəniş edən qurumun mübahisəli məqamda dövlət xəstəxanasındakı faktiki şəraiti özünün araşdırması da paradoksdur. Nəyə görə pulu verən qurum həm də araşdıran tərəf olmalıdır?!”
 
Qeyd edək ki, qanunvericiliyə əsasən, vətəndaş göndəriş vərəqəsi almadan birbaşa özəl tibb müəssisəsinə müraciət etdiyi halda, göstərilən xidmətin dəyərini öz hesabına ödəməlidir. Eyni zamanda, təcili və təxirəsalınmaz tibbi yardım üçün göndəriş vərəqəsi olmadan birbaşa özəl xəstəxanalara müraciət də mümkündür. Bu halda tibbi xidmət icbari tibbi sığortaya daxildirsə, Agentlik onun dəyərini qarşılayır.
 
 
Törə Zeynallı
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı