Bakıda 40 yaşlı kişi məşq edən zaman idman zalında ölüb.
Ednews xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində, "Vurğun Rezidens"də yerləşən zalda qeydə alınıb.
1983-cü il təvəllüdlü Həsən Quliyev idman zalında məşq edən zaman qəflətən halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin briqada çatana kimi Həsən Quliyev keçinub.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.