Bu gün atışmada yaralanan Tibb Universitetinin tələbəsi olub.
Ednews xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova sosial şəbəkədə paylaşıb.
"Təəssüf hissi ilə bildirirəm ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb".
Onun sözlərinə görə, adıçəkilən tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə 12:00-da dərsləri bitdikdən sonra universitetdən çıxıb.
ATU rəhbərliyi adından tələbəmizə Allahdan şəfa diləyirik!
Aysel Şahmar