“İslamofobiya dini özü ilə bağlı deyil, müsəlmanlara qarşıdır. Məqsəd müsəlman əhalisini alçatmaqdır”.
Ednews xəbər verir ki, bunu professor Salman Sayyid İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, burada hamı İslamofobiyanın nə olduğunu yaxşı başa düşür.
"Bu problemdir. Həmçinin, bu problem birdən-birə yaranmadı. İslamofobiya dünyanın istənilən yerində var. Hətta elə ölkələr var ki, orada müsəlmanlar yoxdur. Amma o ölkədə islamofobiya var. İslamofobiya gündəlik hadisələrdən soyqırıma qədər gedib çıxa bilər. İslamofobiya bir hissəsi genderlə bağlıdır. Bunu da qadınların üzərində görə bilərik. Qadınların hicabı qlobal problemlə çevrilib".
Aysel