"Müsəlmanlar qadınların üzləşdiyi problemlər çoxdur".
Ednews xəbər verir ki, bunu müsəlman professoru Jasmin Zine İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İslamofobiya və gender bərabərsizliyi qadınlarda daha çox görünür.
"Müsəlman qadınlarına aid ekzotik şəkillər çəkilib. Hər bir şəkildə cinsi istəkləri, nifrəti görə bilərik. Müsəlman qadınlar qlobal şəkildə irqçiliyə məruz qalırlar. Əsasən, Amerika qadın əsgərləri ilə hicablı qadın şəkillərini yanaşı qoyub müzakirə edirlər. Müsəlman qadınların üzləşdiyi problemlər çoxdur. Bu problemlər həyatlarını, söz azadlıqlarını məhdudlaşdırır. Ötən il İranda qadının hicabının yarım açıq olmasına görə öldürüldüyünü bilirik. Buna görə İranda etirazlar oldu. Bu da 100 ilin ən böyük qadın etirazıdır. Qərb qadınları da bu etirazlara qoşuldular".
Aysel Şahmar