Bakıda kişinin qətlini arvadının təşkil etdiyi məlum oldu, 4 nəfər tutuldu - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Bakıda kişinin qətlini arvadının təşkil etdiyi məlum oldu, 4 nəfər tutuldu

Cəmiyyət A- A A+
Bakıda kişinin qətlini arvadının təşkil etdiyi məlum olub.
 
Bu barədə Ednews-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
 
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
 
Hazırda ibtidai istintaq davam etdirilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...