Bakıda bu istiqamət üzrə müntəzəm marşrut xətti açılır - RƏSMİ - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Bakıda bu istiqamət üzrə müntəzəm marşrut xətti açılır - RƏSMİ

Cəmiyyət A- A A+
Martın 23-dən Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır. 
 
Ednews xəbər verir ki, bu barədə parkın direktoru Etibar İbrahimov özünün "Facebook" səhifəsində yazıb. 
 
"Bu tarixdən etibarən Koroğlu metrosu-Abşeron Milli Parkı və Abşeron Milli Parkı-Koroğlu metrosu istiqamətində yeni müntəzəm marşrut xətti fəaliyyətə başlayır. Avtobus marşrutu martın 23-dən martın 26-dək, Novruz tətili günlərində fəaliyyət göstərəcək, sonrakı dövrdə daşınma xidməti, yalnız həftənin şənbə və bazar günlərini əhatə edəcək", - E. İbrahimov bildirir. 
 
Bu xətt üzrə daşımalar "Zirə Bələdiyyəsi Nəqliyyat Xidməti" MMC tərəfindən həyata keçiriləcək. 
 
Bir istiqamətdə xəttə buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da Koroğlu metrosundan yola düşəcək, saat 16:30-da Abşeron Milli Parkından geri qayıdacaq. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...