Bayram günlərində regionlarda hava necə olacaq? - PROQNOZ - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Bayram günlərində regionlarda hava necə olacaq? - PROQNOZ

Cəmiyyət A- A A+
Bayram günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb. 
 
Ednews Milli Hidrometeorologiya Xidmətinə istinadən regionlarda gözlənilən hava şəraitini təqdim edir: 
 
Qəbələ rayonunda 
 
Martın 21-dən bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. 
 
Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-16° isti olacaq. 
 
Şahdağda 
 
Gün ərzində arabir yağıntılı olacağı, 21-i gündüz, 22-si gecə və səhər arabir qara keçəcəyi, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək. 
 
Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 0-3° isti olacaq. 
 
İsmayıllı rayonunda 
 
Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si axşam tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir.Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 3-8 m/s təşkil edəcək. 
 
Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-15° isti olacaq. 
 
Lənkəran rayonunda 
 
Martın 21-i səhərdən arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. 
 
Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. 
 
Şəki rayonunda 
 
Əsasən yağmursuz. Lakin 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. 23-24-də havanın sabit keçəcəyi, mülayim yaz havası olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...