Bu il ölkəmizə nə qədər buğda idxal olunub? - RƏSMİ STATİSTİKA - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Bu il ölkəmizə nə qədər buğda idxal olunub? - RƏSMİ STATİSTİKA

Cəmiyyət A- A A+
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan 268,11 min ton buğda idxal edib ki, bu da 2022-ci ilin göstəricisindən 78,03 faiz və ya 117,51 min ton yüksəkdir. 
 
Ednews bu barədə bu gün Dövlət Gömrük Komitəsinin (DGK) bülleteninə istinadən xəbər verir. 
 
DGK-nın məlumatlarına əsasən, buğda idxalı dəyər ifadəsində 81,987 milyon dolları keçib (57,81 faiz artım). 
 
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,63 faizini təşkil edib. Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda qida məhsullarının idxalı dəyər ifadəsində 6,69 faiz və ya 22,6 milyon dollar artaraq 360,368 milyon dollara çatıb. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...