Şuşada Novruz tonqalı QALANDI - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Şuşada Novruz tonqalı QALANDI

Cəmiyyət A- A A+
Martın 20-də Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz şənliyi təşkil olunub. 
 
Ednews xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında bayram tonqalı qalanıb. 
 
“DJ Kənan Drums”ın iştirakı ilə vətənpərvərlik ruhunda, milli və xarici ruhda musiqi səsləndirilir. 
 
Aksiya iştirakçıları üçün, həmçinin bayram süfrəsi açılıb, Novruz təamları, o cümlədən bayram aşı və kabab bişirilib. 
 
Novruz tonqalının yaxınlığında səməni atributu yerləşdirilib, açılan bayram çadırında səməni, xonça və digər Novruz atributları düzülüb. 
 
Ekofəallər bayram tonqalı ətrafında toplanıb, şən musiqi sədası altında rəqs edirlər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürür. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...