Yarım milyonluq qızılı ölkəyə qanunsuz KEÇİRMƏK İSTƏDİ - FOTOLAR - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Yarım milyonluq qızılı ölkəyə qanunsuz KEÇİRMƏK İSTƏDİ - FOTOLAR

Cəmiyyət A- A A+
Bu gün Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
 
Ednews xəbər verir ki, bu barədə Komitənin məlumatında bildirilir.
 
Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk etmək istəyib. 
 
Həmin şəxsi gömrük əməkdaşı "Qırmızı kanal"a yönləndirib, onun üzərinə və əşyalarına baxış keçirilib. Rentgen qurğusunda vətəndaşa məxsus çantada qızıl-zinət əşyalarının təsviri görünüb. 
 
Yoxlama zamanı çantada gömrük orqanına yazılı və ya şifahi qaydada bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birgə ümumi çəkisi 4 kq 700 qram, təqribi dəyəri 420 000 AZN olan qızıl-zinət əşyaları aşkar olunub.
 
1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...